Bakı, 17 aprel, AZƏRTAC
AFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz turniri” başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. İkinci yeri “Şimşək”, üçüncü pilləni isə “Birlik” tutub.
“Zirvə” komandasının üzvləri - Süleyman Osmanlı və Güləli Baxşıyev müvafiq olaraq, ən yaxşı qapıçı və oyunçu seçiliblər. Turnirin ən məhsuldar futbolçusu isə “Şimşək” komandasının üzvü Telman Hüseynov olub.