The Wall Street Journal qəzeti öz mənbələrinə istinadən yazır ki, Apple korporasiyası mobil çəkiliş üçün texnologiya istehsalçısı LinX şirkətini 20 milyon dollara satın alıb.
 
Apple şirkətinin bu xəbərə rəsmi şərhi standart olub: Biz vaxtaşırı kiçik texnologiya şirkətlərini satın alırıq. Bir qayda olaraq, biz hədəf və planlarımızı müzakirə etmirik.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, LinX mobil qurğular üçün kameraların hazırlanması üzrə ixtisaslaşıb. Şirkətin texnologiyalarının köməyi ilə təsvirdə fokusu dəyişdirmək, fonu ləğv etmək, 3D fotoşəkillər çəkmək, həmçinin zəif işıqlandırma şəraitində keyfiyyətli fotoşəkillər çəkmək mümkündür.
 
LinX şirkətinin nümayəndəsi iddia edir ki, onların kameraları güzgülü aparatların köməyi ilə çəkilmiş fotoşəkillərdəki keyfiyyəti təmin edir.
 
LinX şirkətinin texnologiyaları Appleın smartfon və planşetlərində tətbiq edilə bilər.
 
Milli.Az