Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Eden Sidneydə müsəlman qadına "nədən hicab geyinirsən?" Suriyada bir-birinizi öldürürsünüz. Kenyada da sizin adamlar xristianları öldürür" deyərək qışqıran bir qadına cavab verib. İttiham edən tərəfin müsəlman qadın və həyat yoldaşına "terrorist" deməsi Steysini özündən çıxarıb:
"O, özü üçün hicab taxır. Çünki bədənini göstərmək istəmir. Sənin kimi insanların oturduğu yerdən hörmətsizlik etməsi üçün deyil... Nə etdiklərini səni maraqlandırmaz, sadəcə hörmət etməlisən. Kenyada baş verənləri o yox, kiçik bir qrup edib. Bu zərərsiz qadından nə istəyirsən? Söyləyəcək yaxşı bir sözün yoxdursa, ağzını yum".
Steysi baş verən mübahisənin videosunu internetdə paylaşdıqdan sonra sosial mediada "qəhrəman" elan edilib. O, feysbuk hesabında baş verənlərə münasibətini yazıb:
"Bu qədər kiçik bi hadisənin belə böyüyəcəyini bilməzdim. İnsanların mənə yazdığı mesajları oxuyanda gözlərim dolur".





