Maşın və avadanlıq istehsalı və metallurgiya sənayesi üzrə işçi qrupların iclası keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də İqtisadiyyat və Sənaye Nazirliyində maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclası keçirilib. İclasda müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflər irəli sürüblər.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində verilən tapşırıqların icrası, eləcə də neft-maşınqayırması ilə bağlı təkliflərin hazırlanması məsələləri müzakirə edilib. Sonda maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclasına qədər müəssisələr tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və inkişaf istiqamətlərinin müzakirəsi, bu inkişafa təkan verən amillərin nəzərdən keçirilməsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi və müəssisələrarası əməkdaşlığın təşviqi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənayenin müxtəlif sahələri üzrə 8 işçi qrupu yaradılmışdı (yüngül, ağac emalı və mebel istehsalı, kimya, əczaçılıq məhsulları istehsalı, aqrar, kompüter və elektron avadanlıq, metallurgiya, maşın və avadanlıq istehsalı, tikinti-inşaat materialları sənayesi). Ötən il işçi qruplarının ilk iclasları keçirilmiş, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılmış və təkliflər hazırlanmışdı.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25