Müğənni Beyons həyat yoldaşı. repçi Cey-Zi ilə istirahət fotolarını paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük münasibətlərinin 7 illiyini qeyd etmək üçün Havay adalarında əyləniblər. Qızları Blu Ayvi isə Nyu-Yorkda, müğənninin bacısı Solanjın yanında qalıb.
Beyonsun dostları yeni fotoların fotoşop olmadığını vurğulayıblar.
Xatırladaq ki, keçən ilin avqustunda ifaçının İnstaqram təqibçiləri onun paylaşdığı fotoların Fotoşopla düzəldildiyini sübut etmişdilər.






