Dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqə başa çatıb
Bakı 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə 81 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2586-sı qadın olmaqla 7769 namizəd qeydə alınıb. Qeydə alınmış 7769 namizədin 81,32 faizini gənclər təşkil edib.
Müsabiqənin test imtahanı mərhələsi 2014-cü il 13 noyabr – 2015-ci il 8 yanvar tarixlərində keçirilib. Namizədlərdən 2592 nəfəri (bütün namizədlərin 33,36 faizi) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 5177 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanında 1720 nəfər (bütün namizədlərin 22,14 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Onlardan 585 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə, 767 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə, 368 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Müsabiqənin müsahibə mərhələsi 2014-cü il 10 dekabr – 2015-ci il 16 aprel tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1441 namizəddən 144 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 456 nəfəri uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 76 apellyasiya şikayəti olub. Bunlardan 50-si təmin olunmayıb. İki nəfərin müsahibə nəticəsi apellyasiya komissiyasının qərarına əsasən ləğv edilib və namizədlər vəzifələrə uyğun hesab edilib, 24 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib.
Keçirilmiş yeni müsahibələr nəticəsində 10 namizəd vəzifəyə uyğun hesab edilib. Bununla da, müsabiqə qalibinin sayı ümumilikdə 469 nəfər olub.
Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 122 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25