[ 17 Aprel 2015 18:42 ]


Bakı – APA. Ukrayna xarici işlər naziri Pavel Klimkin NATO-dan ölkəsi üçün təhlükəsizlik təminatı istəyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əks təqdirdə P. Klimkin Ukraynanın NATO-dan vaz keçmək məcburiyyətində qalacağını bildirib.

 

“Ukrayna alyansdan təminat ala bilməsə, başqa variantlar axtarmağa məcbur olacağıq”, - deyə o vurğulayıb.