Gəncə, 17 aprel, AZƏRTAC
Gəncədə 17 Aprel - Beynəlxalq Hemofiliya Günündə qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Qan Bankının Gəncə bölməsində təşkil edilən aksiyada Gəncə Dövlət Universitetinin 200 nəfərdən artıq müəllim və tələbəsi iştirak edib.
Qeyd edək ki, hazırda Gəncə şəhərində 68 nəfər talassemiyalı, 51 nəfər isə hemofiliyalı xəstə qeydiyyatdadır.