Bakı, 17 aprel, AZƏRTAC
Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri aparılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC- a bildirilib ki, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri artıq başa çatdırılıb.
İsmayıl Hidayətzadə küçəsində isə səki daşları yenilənib. Hazırda yeni asfalt-beton örtüyünün salınması işləri davam etdirilir.
Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.