Çimərlik voleybolunun mahir ustası Riikka Lehtonen əmindir ki, Avropa Oyunları Rio-2016 istiqamətində dönüş nöqtəsi olacaq.
Metbuat.az Avropa Oyunlarının rəsmi saytına istinadən xəbər verir ki, CEV Çempionları Liqasında “Cannes” fransız klubu ilə görüşdə iki dəfə qalib olan finlandiyalı oyunçuya oyundaşı Taru Lahti ilə birlikdə Bakı-2015-də iştiraka artıq vəsiqə verilib. Finlandiyadan çimərlik voleybolu üzrə iki qadın komandası yarışacaq, o biri komandanı Emiliya və Erika Nyström bacıları təmsil edəcəklər.
Bakı-2015 başlayanda 35 yaşlı Lehtonen əslində müəyyən mənada özünü evində hiss edəcək, çünki əslən Kanqasaladan olan bu oyunçu 2013-cü ildən “Azərrail” Bakı klubunda oynayır. Onun 2006-cı ildə “Berqamo” İtaliya klubu ilə Çempionlar Liqasında ilk dəfə Azərbaycanın paytaxtına səfərindən sonra şəhər çox dəyişilib.
"O vaxtlar Bakı yaşıllıq olmayan köhnə Rusiyaya oxşayırdı," – deyə Lehtonen “Helsingin Sanomat” qəzetinə müsahibə verərkən bildirib və belə qeyd edib: "İrəliyə doğru böyük dəyişikliklər olub. Bakı böyük məbləğdə investisiyalar vasitəsilə valehedici həllər təklif etməyə kömək edən Dubayı xatırladır".
Lehtonenin əmindir ki, Bakı-2015 çox gözəl bir tədbir olacaq, xüsusilə də çimərlik voleybolunun Rio-2016 Olimpiya Oyunlarına daxil olmasını bildikdə, o belə deyib: "Bakı, Rio üçün yaxşı dönüş nöqtəsi və təcrübədir".
Beynəlxalq Voleybol Federasiyasının (FİVB) 2015-ci il çimərlik voleybolu mövsümü aprelin 21-də Çində Açıq Fuçjou Oyunları ilə başlayır. Yarışlar aprelin 26-dək davam edəcək.