Dünyanın ən zəngin supermodeli, ötən il 47 milyon dollarlıq xalis gəlirinə görə "Forbes" jurnalının "Ən zəngin modellər" reytinqinin lideri olmuş 34 yaşlı Jizel Bundşen karyerasına son qoyub.
Milli.Az AHT-yə istinadən bildirir ki, braziliyalı supermodel San-Paulu şəhərində keçirilən Yüksək Moda Həftəsində podiumla vidalaşıb.
"Vücudum model karyerama son qoymağımı istəyir. Bundan sonra fərqli layihələrlə məşğul olacağam", - J.Bundhen deyib.
Milli.Az









