Azərbaycan yığmasının qapıçısı Emil Balayev bu gedişlə heç gələn mövsüm də “Ayntraxt”ın “18-liy”inə düşə bilməyəcək. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Frankfurt təmsilçisi yeni qapıçı axtarışını davam etdirir.
  
Bundesliqa klubu yayda “Verder”ə keçəcək Feliks Vidvaldın yerini Emil Balayevlə doldurmaq niyyətində deyil. Məşqçilər korpusu mütləq əsas qolkiper Kevin Trappa layiqli əvəzləyici alınmasını istəyib.
  
“FSV Frankfurt”un qapıçısı Patrik Klandtın keçidi baş tutmadığından, rəhbərlik siyahıdakı digər qapıçılarla danışığa başlayıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, Balayev gələn mövsüm də ən yaxşı halda “Ayntaxt”ın 3-cü qapıçısı olacaq.
  
Qeyd edək ki, Emil Balayev ötən ilin sonlarında “Ayntraxt”a “Neftçi”dən keçmişdi.

Milli.Az