Gənclər Evində baş tutan açılış mərasimində çıxış edən Mingəçevir şəhər Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli gənclərin idman sahəsində biliklərinin artırılmasına hesablanan olimpiadanı yüksək qiymətləndirib. O, Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində təhsil alan tələbələri oyunlar ərəfəsində aktiv olmağa və vətəndaş töfhəsi verməyə çağırıb.
Tədbirdə iştirak edən GTM-in I Avropa Oyunları könüllü qrupunun rəhbəri Humay Baxışova cari ildə Mingəçevirdə keçiriləcək idman oyunlarında mərkəzin hədəfləri, idman oyunlarının tam müvəffəqiyyətlə həyata keçirilməsi üçün gənclərin hazırlığına hesablanan zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, I Avropa Oyunlarının Bakı və Mingəçevirdə keçiriləcəyini nəzərə alaraq, GTM Mingəçevir şəhərində Avropa Oyunlarının təbliğatına həsr olunan çoxnövçülük üzrə idman oyunları, həmçinin "Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək" adlı festival təşkil edəcək.


