“Şahin” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin qalibi müəyyənləşib
Naxçıvan, 17 aprel, AZƏRTAC
Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordusu, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordusunun nümayəndələri çıxış edərək, yarışın keçirilməsində məqsədin böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu bildiriblər.
Sonra yarışlara start verilib. Yarışda hər bir komandanın heyətində 14 şagird (VIII-X sinif şagirdləri) olmaqla, 9 komanda iştirak edib. Onlar 8 mərhələ üzrə yarışıblar.
Yekun nəticəyə əsasən, Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, Ordubad şəhərindəki internat məktəbinin komandası isə üçüncü olub.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklarla təltif ediliblər.
Məlumat üçün bildirək ki, Culfa rayon Saltaq kənd tam orta məktəbinin və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandaları Bakı şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyunlarının respublika finalında muxtar respublikanı təmsil edəcəklər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05