Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də paytaxtın Hüseyn Cavid prospektində axşam saat 22:00-dən etibarən yolun üfüqi nişanlanması işləri aparılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, prospektin bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti tam, bəzilərində isə qismən məhdudlaşdırılacaq.
Saat 04:00 radələrində isə işlərin başa çatdırılması gözlənilir.