Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Bakıda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Fransanın Ukraynadakı səfirliyinin Azərbaycan üzrə məsul regional kənd təsərrüfatı müşaviri Nikolya Perrən ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Nazir müavini son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, qəbul olunmuş qərar və sərəncamlar barədə ətraflı məlumat verib, Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirib və son dövrlər bu əlaqələrin intensivləşdiyini nəzərə çatdırıb. Qeyd edilib ki, Fransanın Prezidenti Fransua Ollandın 2014-cü ilin may ayında Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması ikitərəfli əməkdaşlığın daha da inkişafına öz töhfəsini verib.
Seyfəddin Talıbov son dövrlər ölkəmizdə aqrar sahədə baş verən köklü dəyişikliklər, xüsusilə elektron kənd təsərrüfatı sisteminin qurulması, toxum fondunun yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı barədə ətraflı məlumat verib, pendir və yağ istehsalı, süni mayalama sahələrində əməkdaşlığın prioritet sahə olduğunu deyib.
Nikolya Perrən Azərbaycanda dövlətin aqrar sahəyə xüsusi diqqət yetirdiyini, Fransanın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu, ölkəsinin şərabçılıq, ət, süd istehsalı, fitosanitariya, baytarlıq sahələrində əməkdaşlığa maraq göstərdiyini qeyd edib. O, gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirə olunmaq məqsədilə protokolu təqdim edib və ölkələrimiz arasında əlaqələrin daha genişlənməsində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33