Bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.
Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə növbəti mövsüm UEFA-nın yarışlarında və Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri iştirak edib.
Klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə Fair Play-i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.