Bakı, 17 aprel, AZƏRTAC
ABŞ-ın Arizona ştatının Finiks şəhərindəki evlərin birində atışma nəticəsində ölmüş beş nəfərin – üç kişi və iki qadının cəsədləri aşkarlanıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, versiyalardan birinə görə, hadisə qohumlar arasında məişət mübahisəsi zəminində baş verib. Bunu şahidlər də təsdiqləyirlər. Ailənin daha bir üzvü evdən qaçmağa nail olub.
Qanun keşikçiləri hadisə yerinə gəldikdə evin pəncərə və qapıları bağlı olub. Bu səbəbdən polisin evə xüsusi robot vasitəsi ilə girdiyi bildirilir.