Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ata Hefei şəhərinin işlək küçələrində başına at maskası taxaraq yoldan keçənlərə 5 yuan qarşılığında onları belində gəzdirməyi təklif edir. Oğlu Çen Minqhaodan ötrü bu addımı atan Yuntao “Son çarəm olmasaydı, bunu etməyi əsla fikirləşməzdim” deyib. İndiyədək övladını xəstəliyin pəncəsindən qurtarmaq üçün 200 min yuan xərcləyən atanın 160 min yuan borcu var.
Növbəti kimyəvi terapiya üçün isə 400-500 min yuan tələb olunur.




