Bakı. 17 aprel. REPORT.AZ/ "Türkiyə Hava Yollarına" məxsus sərnişin təyyarəsinə bomba qoyulması xəbərindən sonra geri qayıdıb.
"Report" xəbər verir ki, bu haqda "Turktime" məlumat yayıb.
Xəbərə görə, təyyarə İstanbul-Bazel reysi ilə uçurmuş. Məlumatda bildirilib ki, təyyarənin göyərtəsində bombanın olması xəbərdarlığından sonra Bolqarıstan hava məkanından İstanbulun Atatürk hava limanına qayıdır.