Bakı. 17 aprel. REPORT.AZ/ Xaçmazda traktorun aşması zamanı sürücü hadisə yerində ölüb.
“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nabran kəndində kənd sakini Firuddin Qereyxanov idarə etdiyi “T-16” markalı traktoru aşırıb və nəticədə hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.