Gəncədə oğurluq etmiş Gürcüstan vətəndaşları tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Nəticədə məlum olub ki, martın 17-də Nail Əsgərovun evindən 10 min ABŞ dolları, 10 min manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlanıb.

Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze polis tərəfindən saxlanılıb.

Mənbə
ANS PRESS