Azərbaycanda sağlam və fəal həyat tərzinin təbliğinə dair anlaşma memorandumu imzalanıb
Bakı, 17 aprel, Məmməd İsayev, AZƏRTAC
Aprelin 17-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil, eləcə də Gənclər və İdman nazirlikləri, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti arasında “Bakı-2015” ilk Avropa Oyunlarının sosial idman irsi olaraq sağlam və fəal həyat tərzinin təbliğinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel müqaviləni imzalayıblar.
Memoranduma əsasən şirkətin maliyyə, MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində Azərbaycanda əhalinin, xüsusən də ailələrin müntəzəm olaraq idmana cəlb edilməsi üçün müxtəlif miqyaslı və çoxşaxəli fəaliyyət həyata keçiriləcək.
Müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ailəvi idman yarışları barədə məlumat verib, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, FASA proqramının önəmindən bəhs edib. Diqqətə çatdırılıb ki, belə tədbirlər cəmiyyətdə sağlam həyat tərzini inkişaf etdirir. O, Təhsil Nazirliyinə, “Coca-Cola” şirkətinə bu proqramda fəal iştirakına, uşaqlar, gənclər və onların valideynləri arasında sağlam həyat tərzinin təşviqinə görə təşəkkürünü bildirib.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışların əsas məqsədi sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməkdir. FASA proqramının bir hissəsi olan açıq ailə yarışlarında iştirak sərbəstdir.
Tədbirdə ailəvi idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33