Mübariz Qurbanlı: “Azərbaycanda missionerlik üçün şərait yoxdur”
“Report”un məlumatına görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı DQİDK və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi və dini dəyərlər: tarixilik, müasirlik” adlı dəyirmi masada deyib.
O bildirib ki, Azərbaycanda heç bir radikal cərəyanın fəaliyyəti üçün şərait mövcud deyil: “Azərbaycan müsəlman ölkəsidir. Bilirsiniz ki, dünyada xeyli səmavi dinlər mövcuddur. Bunların içində islam dini əhəmiyyəti ilə seçilir. Səmavi dinlərə etiqad edən insanların sayını hesablasaq, görərik ki, dünya əhalisinin yarısı bu dinlərə sitayiş edir. Dindən bəzi radikal qruplar istifadə edir. Hamıya bəllidir ki, vəhhabiliyə xarici qüvvələr dəstək verirlər. Bu proses Azərbaycandan da yan keçməyib. Biz bütün bunların qarşısını vaxtında alırıq. Hegemonluğa iddialı olan cərəyan məhvə məhkumdur”.
Azərbaycan xalqının formalaşma prosesində dinin rolunun az olduğunu deyən M.Qurbanlı qeyd edib ki, İslamın bölgədə təşəkkül tapmasına baxmayaraq, hansısa radikal cərəyanın inkişafına yol verməyib: “Müəyyən zamanlarda islam dinin zəifləməsi xurafatçılığı ortaya çıxarıb. Bu xurafatçılığı islamın adına yazmağa çalışıblar. Amma xurafatçılıq tamam başqa şeydir. Bunu dinə qatmaq olmaz. “Molla Nəsrəddin” jurnalı islamdakı xürafata qarşı mübarizə aparırdı, reallığı ortaya qoyurdu. Xurafatla mübarizə aparmaq dinlə mübarizə aparmaq deyil. Əksinə, bu, islamı daha da gücləndirir. Sovet dövründə də islam dini sıxışdırılıb, yanlış təqdim olunub. Amma xalqımız milli-mənəvi dəyərlərini, islam dinini qoruyub-saxlaya bilib”.
M.Qurbanlı ölkədəki hazırki dini vəziyyətlə də bağlı fikirlərini açıqlayıb: “Müstəqillik əldə etdikdən Azərbaycanda dövlət-din münasibətlərinə xüsusi önəm verilir. Bu müddət ərzində Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər verildi, İslam Universiteti yaradıldı. Bütün bunlar islam dininin inkişafına yönəlib. Amma bir məsələyə aydınlıq gətirmək lazımdır: iqtisadi aləmdə açıq qapı siyasəti yeritsək də, bu, din sahəsində ola bilməz. İmkan verə bilmərik ki, hanısısa dini dairələr Azərbaycanda açıq şəkildə fəaliyyət göstərsinlər. Azərbaycan tolerant ölkədir. Amma bu o demək deyil ki, islamın hanısısa radikal qolu bizim içimizə daxil ola bilər. Bu, tolerantlıq sərhədlidir”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33