Kiyevdə qətllər seriyası: qurbanlar jurnalist və siyasətçilərdir
Bakı, 17 aprel, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə rezonans doğuran qətllər seriyası davam edir. Aprelin 16-da məşhur ukraynalı yazıçı və jurnalist, “Seqodnya” qəzetinin keçmiş şef-redaktoru Oles Buzina yaşadığı evin qarşısında qətlə yetirilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, jurnalistə tünd mavi rəngli Ford Fokus markalı avtomobildən atəş açılıb. Oles Buzinanın qətlində istifadə olunan avtomobilin artıq tapıldığı bildirilir.
Qeyd edək ki, aprelin 15-də Ukraynanın keçmiş başçısı Viktor Yanukoviçin silahdaşı, “Regionlar partıyası”ndan Ali Radanın sabiq deputatı, “antimaydan” hərəkatının təşkilində iştirak edən Oleq Kalaşnikov da öz mənzilinin qapısı qarşısında öldürülmüşdü.
Oleq Kalaşnikovdan iki gün əvvəl – aprelin 13-də isə Rusanovsk bağları mikrorayonunun küçələrinin birində ProUA və “Obkom” internet nəşrlərinin qurucularından biri jurnalist Sergey Suxobokun cəsədi tapılmışdı.
Ukrayna Prezidenti Petr Poroşenko bütün qətllərin operativ təhqiq olunmasını tələb edib.
İnterfaks agentliyinin məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Oleq Kalaşnikov və Oles Buzinaya müxtəlif silahlardan atəş açılsa da, hər iki qətl eyni sxem üzrə həyata keçirilib. O, həmçinin istintaqın bu qətllərlə bağlı məişət, kommersiya, həmçinin daha inandırıcı görünən ictimai-siyasi motivlərin də olduğu bütün versiyaları araşdıracağını qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33