Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 16-da Xaçmaz rayonunun Nabran kəndində kənd sakini Firuddin Qereyxanov idarə etdiyi “T-16” markalı traktoru aşırıb. Sürücü hadisə yerində ölüb.

 

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.