Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hərbçi olduğunu deyən müğənninin iki vətəndaşlığı var:Əməkdar artist Zaur Əmiraslanov "Günə baxan" verilişində özü ilə bağlı maraqlı etiraflar edib
"Mən həm Azərbaycan, həm də İtaliya vətəndaşıyam. Orada təhsil almışam".
Z.Əmiraslanov İtaliyada qarşılaşdığı xoşagəlməz hadisədən də bəhs edib:
"Bir dəfə operaya getmişdim. Bir qadın gəldi. Əlində də yükü var idi. Hiss olunurdu ki, alış-verişdən qayıdır. Elə bildim, operaya baxmağa gəlib.
Ancaq gördüm ki, yerinə keçib əlindəkiləri yerə qoydu və yuxuya getdi. İtalyan xanımı operaya yatmağa gedirsə, başqa insanlardan nə gözləyəsən?!"
Milli.Az