Bakı. 17 aprel. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində "Məhəbbət üçbucağı" adlı fransız komediyası nümayiş etdiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrı yayıb.
Mayın 6-da teatrın səhnəsində nümayiş etdiriləcək tamaşaya 18 yaşından aşağı olan tamaşaçılar buraxılmayacaq. 
Tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrının baş rejissoru Aleksandr Şarovski, geyim üzrə rəssamı Olqa Abbasova , musiqi tərtibatçısı, əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiya Raul Turkkana məxsusdur.
Komediyada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edir.