Türkiyəli müğənni-aktrisa Emel Müftüoğlunun keçmiş sevgilisi Bülənt Yağız intihar edib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə aktyor Oqtay Qaynarca sosial şəbəkədə məlumat verib:
 
“Dünən depressiyaya girərək ürəyinə atəş açıb. Mən gecə öyrəndim. Cəsədi tibbi ekspertizaya aparılıb. Kaş bunu etməzdin. Allah ruhuna rəhmət etsin, qardaşım!”. 

Avtomobil alış və satışı ilə məşğul olan B.Yağızın özünə qəsd etməsinə yığılan borcu səbəb olub.