“Azərbaycan Hava Yolları” bilet tariflərində güzəştlər tətbiq etməyə başlayıb.

ANS PRESS-in AZAL-a istinadla verdiyi məlumata görə, avia şirkət Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətindəki uçuşlarında (“ora və geriyə”) xüsusi 20% güzəşt aksiyasının keçirilməsinə başlayıb.

“Azərbaycan Hava Yolları” bu aksiyalarla bağlı sərnişinlərinin nəzərə çatdırır ki:

-uçuş tarixləri 16.04.2015 - 01.07.2015

-aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

-bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur

-yerlər məhdud olar bilər.

-maksimal qalma müddəti bir ay.

“Azərbaycan Hava Yolları”ndan bildirilir ki, daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət edilməlidir.
Mənbə
ANS PRESS