“Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir
Bakı, 17 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin martın 18-də start verdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsi ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməkdədir.
IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, layihənin cəmi bir neçə həftə əvvəl başlanmasına baxmayaraq, bir çox dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri kağız təhvil verilməsi prosesində fəallıq nümayiş etdirirlər. Bu xüsusda, 8 ton istifadə olunmuş kağızı təkrar emala təhvil verən Ədliyyə Nazirliyi və 10 ton kağız məmulatı təhvil vermiş Dövlət Sosial Müdafiə Fondunu qeyd etmək olar.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə uyğun olaraq, ölkə ərazisində bütün “ASAN xidmət” mərkəzlərində istifadə olunmuş kağız məmulatlarının yığılması üçün xüsusi konteynerlər quraşdırılıb.
Həmçinin layihə çərçivəsində 300 kiloqramdan artıq kağız tullantılarının səyyar qaydada toplanılması üçün xüsusi nəqliyyat vasitələrinin göndərilməsi təmin oluna bilər. İstifadə olunmuş kağız məmulatlarını səyyar qaydada təhvil vermək üçün bu məqsədlə yaradılmış xüsusi “qaynar xətt”lə əlaqə saxlamaq xahiş olunur (108 və ya 4976316).
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Digər tərəfdən, layihə respublikamızın ətraf mühitinin çirklənməsinin qarşısını almağı və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
IDEA İctimai Birliyi dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28