Bakının Suraxanı rayonunda ağır cinayət hadisəsi törədilib. Həyat yoldaşını bıçaqlayan ər daha sonra da özünə xəsarət yetirib. Məlumata görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb.

31 yaşlı Məhəmməd Əliyev yaaşdığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görən Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib.

Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır. İstintaqçılar Məhəmməd Əliyevin bu əməlinin təfərrüatlarının dəqiqləşdirilməsi üçün onun özünə gəlməsini gözləyir.
Mənbə
ANS PRESS Sərxan Kamallı