Aprelin 20-də İran İslam Respublikasının müdafiə naziri general-mayor Hüseyn Dehqani Azərbaycana səfər edəcək.

İki gün davam edəcək səfər çərçivəsində Hüseyn Dehqani Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşəcək.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə ediləcək.

İranın müdafiə nazirinin Bakıda digər rəmi şəxslərlə görüşləri də nəzərdə tutulub.
Mənbə
AzərTac