I Avropa Oyunları ilə əlaqədar başlayan işlər sürətlə davam edir.

ANS TV-nin məlumatına görə, oyunların keçiriləcəyi idman komplekslərinə Fərdi avtomobil və taksi kim nəqliyyat vasitələrinin girişi qadağan olunacaq. Oyunlara bilet əldə edənlərsə, xüsusi avtobuslarla daşınacaq.

“I Avropa Oyunları keçirilən vaxtı “Park et və get” prinsipi tətbiq olunacaq. Sual oluna bilər ki, bu nə prinsipdir?. Belə ki, bir vətəndaş I Avropa Oyunlarına tamaşa etmək üçün əlində biletin var. Bu zaman həmin vətəndaş öz fərdi avtomobili ilə öncədən təyin olunmuş ərazi gəlir. Gəldikdən sonra nazirlik tərəfindən əvvəlcədən təşkil olunmuş xüsusi ekspress avtobusa minir.

Avtobuslar isə vəntəndaşları pulsuz olaraq yarışların keçirildiyi ünvana aparır. Bu avtobuslardan başqa oyunların keçirildiyi heç bir arenaya nə fərdi maşınlar, nə də taksilər buraxılmayacaq. Məhz bu qaydalar öz sərtliyi ilə seçilir”, – deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Mənbə
ANS PRESS