Bakı, 16 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, cari ilin birinci rübündə narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 942 fakt aşkar olunub. Onlardan 273-nü satış, 661-ni saxlama, 17-ni əkin, 6-nı isə digər hallar təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 351 kiloqram 519,551 qram olan müxtəlif növ narkotik vasitə müsadirə edilib.