Aralıq dənizində qayığın batması nəticəsində azı 41 nəfər ölüb. APA-nın “Röyters”ə  istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirilir.

 

Ölənlərin hamısının İtaliyaya gedən qeyri-leqal miqrantların olduğu bildirilir.  

 

Məlumata görə, qəza nəticəsində cəmi 4 nəfər xilas olunub. Onlar Siciliya limanına aparılıb.