Bakı, 16 aprel, AZƏRTAC
Boks üzrə “Böyük İpək Yolu” turnirinin ikinci günündə maraqlı qarşılaşmalar qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirin ikinci günündə 5 görüş keçirilib.
Təkbətək görüşlərdə Azərbaycan boksçuları Cavid Dadaşov (49 kq), Kənan Hüseynəliyev (56 kq), Tayfur Əliyev (56 kq) və Roman Zakirov (69 kq) qələbə qazanıblar. Rusiyalı boksçu Bator Saqaluyev (49 kq) də günü qələbə ilə başa vurub.



