Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı
Bakı, 16 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ölkəmizin mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq diyarı kimi tanınması, bununla əlaqədar müvafiq beynəlxalq imicinin formalaşmasına yönəldilmiş işlərin miqyasının genişləndirilməsi və bu sahəyə respublika elmi ictimaiyyətinin səfərbər olunması məqsədilə keçirilən tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edib. Azərbaycan hökumətinin müvafiq istiqamətdə gördüyü işlərin əhəmiyyətini vurğulayan A.Kazımzadə BDU-nun pedaqoji kollektivinin, bütün elmi potensialının ölkəmizin tanıdılması və nüfuzunun artırılmasına xidmət edən forumun uğurla həyata keçirilməsində yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, elm, təhsil və gənclərlə iş şöbəsinin elm sektorunun müdiri Asif Usubəliyev qarşıda duran strateji hədəflər barədə məlumat veriblər.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən Bakı prosesi və 2011-ci ildən ev sahibliyi etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu respublikamızı dünya mədəniyyətləri və xalqları arasında multikultural ənənələrə sahib olan ölkə kimi təsdiqləyib. Belə tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz əhəmiyyətə malikdir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08