“Azərkosmos” ASC ilk Avropa Oyunlarının rəsmi peyk xidmətlərinin təchizatçısı olub
Bakı, 16 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC-ni “Bakı-2015”in rəsmi dəstəkçisi elan edib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015”in rəsmi peyk xidmətləri təchizatçısı olan “Azərkosmos” ilk Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisidir. Şirkət tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyaları Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib: “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan və rəğbətlə qarşılanan şirkətdir. Bu əməkdaşlıq Avropa Oyunlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, “Azərkosmos” beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev isə bildirib: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir. Biz bu mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. “Azərkosmos” ən son texnologiyalardan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və “Bakı-2015”ə hazırlıq prosesində öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və birlikdə qalib komanda formalaşdıracağıq”.
“Azərkosmos” ASC “Azərsun Holding”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, NAZ, “Nestle”, “Red Bull”, “Sitecore” və “Tickethour”dan sonra “Bakı-2015” Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33