Dünyanın saatlarla davam edən birbaşa təyyarə reyslərinin siyahısı bəlli olub
"Report" "Telegraph"a istinadən xəbər verir ki, həmin reyslər 16-17 saat müddətində reallaşır.
Məlumata görə, onluqda sonuncu yeri "Cathay Pacific" Hava Yolları Şirkətinə məxsus Nyu-York - Honq Konq reysi tutur. "Boeing 777-300ER" vasitəsilə reallaşdırılan 8 072 mil məsafəlik uçuş 16 saat çəkir.
"Emirates" tərəfindən 15 saat 50 dəqiqə müddətində bir-birindən 8 103 mil məsafədə yerləşən Dubay və San-Fransisko şəhərləri arasında reallaşdırılan uçuş 9-cudur. Bu uçuşlar "Airbus A380-800" vasitəsilə reallaşır.
"Boeing 777-300ER" vasitəsilə reallaşdırılan Dallas - Honq Konq reysi bu siyahıda səkkizincidir. "American Airlines"in təyyarəsi 8 123 mil məsafəni 16 saat 20 dəqiqə müddətinə qət edir.
Dünyanın 7-ci ən uzaqməsafəli reysi "Etihad Airways" tərəfindən 8 158 mil məsafədə reallaşdırlan Əbu-Dabi - San-Fransisko reysidir. Bu məsafəni "Boeing 777-300ER" təyyarələri 16 saat 15 dəqiqəyə başa vurur.
"Emirates" tərəfindən Dubaydan Hyustona 16 saat 20 dəqiqə müddətində reallaşdırılan reyslər bu sıralamada 6-cı yerdədir. Uçış zamanı "Airbus A380-800" 8 168 mil qət edir.
Səudiyyə Ərəbistanının Ciddə şəhəri ilə ABŞ-ın Los-Anceles şəhərlərini birləşdirən 8 332 mil məsafəni "Boeing 777-300ER" təyyarələri 16 saat 55 dəqiqəyə qət edir. "Saudia" Hava Yolları Şirkəti tərəfindən reallaşdırılan bu reyslər reytinqdə 5-cidir.
Ümumi uzunluğu 8 339 mil olan Dubay - Los-Anceles reysi bu sıralamada 4-cüdür. "Airbus A380-800" təyyarələrinin 16 saat 35 dəqiqəyə qət etdiyi bu uçuşlar "Emirates" tərəfindən həyata keçirilir.
Siyahının ilk üçlüyünə ümumi uzunluğu 8 390 mil olan Əbu-Dabi - Los-Anceles reysi daxildir. "Etihad Airways" tərəfindən "Boeing 777-200LR" vasitəsilə reallaşdırılan uçuşun müddəti 16 saat 25 dəqiqədir.
Dünyanın ən uzun saat davam edən aviareyslər siyahısında ikinci olan Yohannesburq-Atlanta reysinin məsafəsi 8 439 mil, uçuş müddəti isə 16 saat 40 dəqiqədir. Bu uçuşlar "Boeing 777-200LR" vasitəsilə "Delta Air Lines" tərəfindən reallaşdırılır.
Onluğa liderliyi isə Sidney-Dallas aviareysi edir ki, onun da uçuş məsafəsi 8 578 mildir. "Qantas" Hava Yolları Şirkətinin "Airbus A380-800" təyyarələri vasitəsi reallaşdırdığı bu uçuşu uçuş müddəti isə 16 saat 55 dəqiqədir.
Xatırladaq ki, dünyada saatlarla sürən birbaşa uçuşlardan birini AZAL təşkil edir. Bakı - Nyu-York reysi ilə "Airbus Industrie A340" təyyarələri ilə reallaşdırılan uçuşların müddəti 12 saat 55 dəqiqə çəkir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08