ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyuston şəhərində ABŞ-ın Azərbaycan və erməni icmalarının nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

ANS PRESS-in məlumatına görə, bunu Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

Onun "Twitter"də yazdıqlarını sizə təqdim edirik:

"Birləşmiş Ştatların Azərbaycan və erməni icmalarının nümayəndələri ilə görüşmək üçün Hyustona yola düşürəm. Bizə Dağlıq Qarabağ münaqişəsi üzrə səmimi müzakirələr lazımdır".
Mənbə
ANS PRESS