"Ankaranın saxta "erməni soyqırımı"nı tanıması üçün Avropa Parlamentinin səyləri faydasızdır"

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilmiş Türkiyə-Qazaxıstan iqtisadi forumunda deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin 1915-ci il hadisələri ilə əlaqədar qərarı Türkiyə üçün qəbuledilməzdir:

"Türkiyənin Ermənistan xalqı ilə problemi yoxdur. 1915-ci il hadisələri zamanı türklər ermənilərdən daha çox əziyyət çəkiblər".

Qeyd edək ki, dünən Avropa Parlamenti "erməni soyqırımı" barədə qanun lahiyəsini qəbul edib.
Mənbə
ANS PRESS