Bu gün Cənubi Koreyada anım günüdür. Lent.az-ın məlumatına görə, koreyalılar ötən ilin aprelin 16-sı İnçondan Cecu adasına gedən gəmidə batan həmvətənlərini yad edirlər. 476 sərnişini olan "Sevol" gəmisi məktəb gəzintisi zamanı qəzaya uğramışdı. Qəza nəticəsində 295 nəfər həyatını itirmişdi. Onlardan 250 nəfəri 15-19 yaşlı məktəblilər idi. 9 nəfərin cəsədi indiyədək tapılmayıb. Axtarış zamanı iki dalgıç da həyatını itirmişdi. 2014-cü il noyabrın 11-də "Sevol" gəmisinin kapitanınına 36 il həbs cəzası verildi.
Şəhla Şahin


