“Görəsən, Gəncə futboluna, Gəncə idmanına olan bu düşmən münasibət hardan qaynaqlanır, səbəbi nədir? Yarım milyonluq şəhərdə bir dənə də olsun normal futbol meydanı və müasir idman kompleksi olmadığı halda təşkilatlar hansı haqla ölkədə futbolun və idmanın inkişafından danışa bilər?” - deyə sakinlər şikayətlənirlər.
Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, həmin stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Hələlik həmin stadionun təmirinə vəsait ayrılmayıb. Heç həmin stadiona pul xərcləyərək təmir etmək də israfçılıq olar. Çünki Gəncə şəhər stadionu öz ömrünü başa vurub. Bu ilin ikinci yarısından Gəncədə yeni olimpiya stadionu inşa olunacaq.
Gülər
Milli.Az


