Bakı, 16 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında respublikada aparılan inşaat işlərinə 3 milyard 232,8 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC- a verilən məlumata görə, həmin vəsaitin 2 milyard 421,4 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 1milyard 768,4 milyon manatı daxili mənbələrdən daxil olub.