Quba, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 16-da Qubada görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş intellektual yarışın regional seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə təşkil olunan yarışın seçim turunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını təmsil edən komandalar mübarizə aparıblar.
Tədbirin əvvəlində çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb, görkəmli oftalmoloq alimə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş etdirilib.
Daha sonra məktəblilərdən təşkil olunmuş komandalar birincilik uğrunda mübarizə aparıblar.
Seçim turunda qalib gələn Quba komandası aprelin 28-də Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.


