Şamaxıda üzüm plantasiyalarının sahəsi 1627,5 hektara çatdırılıb
Şamaxı, 16 aprel, AZƏRTAC
Şamaxıda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev hesabat məruzəsi ilə çıxış edib. Diqqəti Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə yönəldən A.Ağayev rayonda görülən işlərdən də danışıb.
Çıxışlarda bildirilib ki, cari ilin ilk üç ayında rayonda ümumi məhsul istehsalı 34,2 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon manat və ya 4,8 faiz çoxdur. Bu müddətdə rayonda 347 daimi iş yeri açılıb.
Müşavirədə iqtisadiyyatın əsas sahələrindən olan kənd təsərrüfatında görülən işlər ətraflı təhlil olunub. Qeyd edilib ki, heyvandarlıq üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Taxıl sahələrinə lazımi aqrotexniki qulluq göstərilib. Vaxtilə Azərbaycanın ən iri üzümçülük rayonu olan Şamaxıda artıq plantasiyaların sahəsi 1627,5 hektara çatdırılıb.
Tikinti-quruculuq, abadlıq sahəsində xeyli iş görülüb, o cümlədən Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Pirqulu zonasında müasir standartlara uyğun istirahət mərkəzinin tikintisi davam etdirilib. Əhalinin təbii qazla, içməli su ilə normal təminatı məqsədilə də müəyyən tədbirlər görülüb.
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda əhalinin kütləvi tibbi müayinəsi Şamaxı rayonunda da müvəffəqiyyətlə aparılır. Bu günədək 54680 nəfər rayon sakini hərtərəfli tibbi müayinədən keçirilib.
Müşavirədə qarşıda duran vəzifələr barədə də ətraflı danışılıb. Vurğulanıb ki, şamaxılılar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu tapşırıqlardan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcək, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25