Ötən üç ayda Abşeron rayonunda 802 yeni iş yeri açılıb
Xırdalan, 16 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələr Abşeron rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda ötən il əldə olunan uğurlardan danışılıb, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Ötən üç ayda Abşeron rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub. Bu barədə məlumat verən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov diqqətə çatdırıb ki, ilin ilk üç ayında Abşeron rayonunda da regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində, eləcə də paytaxtımızda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı geniş abadlıq-quruculuq işləri davam etdirilib.
Hesabat dövründə rayonda 802 yeni iş yeri açılıb. Sənaye məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 21 milyon 191 min manat olub. Rüb ərzində rayonda tikinti işlərinin həcmi 72 milyon 186 min manata çatıb. Rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 57 milyon 260 min manat investisiya yönəldilib. Pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətin məbləği isə 15 milyon 945 min manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz artım deməkdir.
Dövlətimizin başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən rüb ərzində 189400 nəfər rayon sakininin tibbi-müayinədən keçirilməsi təmin olunub. Rayonun hər bir yerində genişmiqyaslı abadlıq quruculuq işləri aparılıb, ətraf ərazilər yaşıllaşdırılıb. Yol infrastrukturu isə yenidən qurulub. Yaşayış və inzibati binaların görkəminin dəyişdirilməsi, fasad və eyvanlarının yenidən qurulması işləri də davam etdirilib.
Hesabat dövründə Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissələrinin kənarı abadlaşdırılıb, müasir və zövqoxşayan üslubda yenidənqurma işləri aparılıb, ağac və gül kolları əkilib. Rayonda təhsil müəssisələrinin təmiri, yeni məktəb binalarının tikintisi davam etdirilib, onların maddi texniki bazası gücləndirilib.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində rayonda 22 uşaq bağçasının tikintisi nəzərdə tutulub. Bunlardan beşi istifadəyə verilib, 17 uşaq bağçasının tikintisi isə davam etdirilir. “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rüb ərzində rayonunun ayrı-ayrı ərazilərində iməciliklər keçirilib. Park və yaşıllıqlarda 24 minə yaxın həmişəyaşıl ağac və gül, 54 min ədəd mövsümi kol əkilib.
Yığıncaqda, həmçinin əhaliyə göstərilən kommunal xidmətlərin təşkili, sakinlərin su, qaz, elektrik enerjisi ilə təminatı və digər sahələrdə görülən işlər barədə də məlumat verilib, ayrı-ayrı sahələr üzrə hesabatlar dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi hələ ötən əsrin 60-cı illərindən kənd təsərrüfatı rayonu kimi formalaşan Abşeron rayonunda da bu sahənin inkişafına təkan verəcək.
Sonda qarşıda duran vəzifələr müzakirə olunub və həyata keçiriləcək layihələr barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33