Bakı, 16 aprel, Gülnar Bəşirova, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC hava yolları uçuşlarında 20 faizlik güzəşt aksiyasına başlayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, aprelin 16-dan iyulun 1-dək Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətindəki uçuşlar üçün alınan biletlərə 20 faizlik endirim tətbiq olunur.
Məhərrəm Səfərli onu da qeyd edib ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Səfər müddəti 1 ay təşkil edə bilər. Qiymətə yığımlar və rüsumlar da daxildir. Şirkətdən onu da bildiriblər ki, aksiya çərçivəsində mile-ballar hesaba əlavə olunmur.