Azərbaycan Velosiped İdmanı Federasiyası növbəti “Tour d’Azərbaycan”ın marşrutunu açıqlayıb.
6–10 may tarixlərində baş tutacaq “Tour d’Azerbaijan” veloyürüşü Bakı-2015 Avropa Oyunlarına aid ediləcək bəzi bölmələri özündə əks etdirəcək. Metbuat.az-ın məlumatına görə, yarış Bakıda Xəzər dənizinin sahilindən başlayacaq və Qəbələnin şimal hissəsindəki dağlara qədər olan məsafədə davam edəcək.
Birinci mərhələ Bakıda Bayraq Meydanında başlayacaq və Xəzər dənizinin sahili boyunca Sumqayıt şəhərinin 154 kilometrliyinә qədər olan məsafəni əhatə edəcək. Buraya 3 kateqoriyalı hündürlüyə dırmaşma və üç orta sürət üzrə yarış daxil olacaq. Bu mərhələ Sumqayıt ətrafında beş dövrə vurmaqla tamamlanacaq.
İkinci mərhələ Bakıda Velosiped Parkında başlayacaq və üç kateqoriyalı hündürlüyə dırmaşma üzrə həyata keçiriləcək. Buraya birinci kateqoriyalı hündürlüyə dırmaşma daxildir ki, bu da 187 kilometrdən sonra İsmayıllıda başa çatacaq.
Üçüncü mərhələ dağ-kurort şəhəri olan Qəbələdə başlayacaq və bu yol idmançıları Şəkiyə aparacaq və yarışçılar 177 kilometr məsafə qət edərək Qəbələyə geri qayıdacaqlar.
Dördüncü mərhələ “Tour d’Azerbaijan”ın ən uzun mərhələsidir. Belə ki, bu mərhələ Qəbələdən başlayaraq Avropa Oyunlarının avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərində yerləşən İdman Mərkəzi Stadionuna qədər davam edərək 204,6 kilometr məsafə təşkil edəcək.
Son mərhələ mayın 10-da Azadlıq Meydanında başlayacaq və Bakı şəhərinin ətrafında davam etməklə həmin meydanda başa çatacaq.
Bu sonuncu mərhələ Avropa Oyunları zamanı həm kişi, həm də qadın idmançıların şosse velosipedi yarışında istifadə olunacaq eyni yarış marşrutudur.